×
A
A
A
Sazlamalar

Parisdə “sarı jiletlər” etiraz aksiyasının üç ayı dinc şəkildə qeyd edilib

Paris, 18 fevral, AZƏRTAC

Fransada “sarı jiletlər” etiraz aksiyalarının başlanmasının üç ayının tamam olmasını qeyd etmək üçün 1500 nümayişçi Yelisey çölləri prospektinə toplaşıb.
AZƏRTAC xəbər verir ki, ölkənin digər şəhərlərində də küçələrə çıxan nümayişçilər əvvəlki etiraz aksiyalarında yaralananların xatirəsinə mahnı oxuyublar. Yuxarı Marn departamentinin Sen-Dizye kommunasında yalnız qadınlar nümayiş ediblər.
Parisdə nümayişçilər günorta saatlarında Eyfel qülləsi yaxınlığındakı “Champs de Mars” parkına, axşam isə Respublika meydanına doğru gediblər.
Qeyd edək ki, “sarı jiletlər” etiraz aksiyasının 14-cü aktı çərçivəsində Lion şəhərində polis maşınına hücum və Parisdə akademik Alain Finkielkrauta qarşı antisemit davranış siyasətçilər, eləcə də “sarı jiletlilər” tərəfindən kəskin tənqid edilib. Belə aktların qəbuledilməzliyi bildirilib.

Şəhla Ağalarova
AZƏRTAC-ın xüsusi müxbiri
Paris

Dünya 2019-02-18 02:32:00