×
A
A
A
Sazlamalar

Rafael Ağayev Dubay Premyer Liqa turnirində bürünc medal qazanıb

Bakı, 17 fevral, AZƏRTAC
Karateçilərimiz Dubayda mövsümün ikinci Premyer Liqa turnirində mübarizəni davam etdirirlər.
Azərbaycan Milli Karate Federasiyasından AZƏRTAC-a bildiriblər ki, 19 idmançımızın mübarizə apardığı turnirdə Rafael Ağayev (75 kq) üçüncü yer uğrunda görüşdə fransalı Loqan da Kostanı məğlub edərək (3:0) bürünc medala sahib olub.
Təmsilçimiz İrina Zaretska (68 kq) isə bütün qarşılaşmalarda qələbə qazanaraq finala yüksəlib. O, qızıl medal uğrunda görüşdə misirli Feryal Abdelazez ilə üz-üzə gələcək.

İdman 2019-02-17 18:39:00