×
A
A
A
Sazlamalar

Türkiyədə avtobus qəzasında 3 nəfər ölüb

İstanbul, 17 fevral, AZƏRTAC

Türkiyənin Mardin şəhərinin Midyat bölgəsində avtobusun aşması nəticəsində 3 nəfər həlak olub, 14 nəfər yaralanıb.
AZƏRTAC xəbər verir ki, hadisə yerinə çox sayda təcili yardım əməkdaşları cəlb olunub.
Mardin Dövlət Xəstəxanasına yerləşdirilən yaralılardan bəzilərinin vəziyyətinin ağır olduğu bildirilir.
Hadisə ilə bağlı araşdırma aparılır.

Günel Məlikova
AZƏRTAC-ın xüsusi müxbiri
İstanbul

Dünya 2019-02-17 15:51:00