×
A
A
A
Sazlamalar

Belaruslu gimnastlar qadın batutçuların sinxron proqramında fərqləniblər VİDEO

Bakı, 17 fevral, AZƏRTAC
Bakıda keçirilən batut gimnastikası və tamblinq üzrə Dünya Kuboku yarışlarında Belarus idmançıları daha bir qızıl medal qazanıblar.
AZƏRTAC xəbər verir ki, qadın batutçuların sinxron proqram üzrə yarışlarında belaruslu Valentina Baxamolova və Anjelina Xaçan 47,420 xalla fərqləniblər.
Avstraliya təmsilçiləri Kira Uard və Yeva Kiera 46,950 xalla gümüş, braziliyalı Kamilla və Alisa Qomeslər isə 46,790 xalla bürünc medal əldə ediblər.

İdman 2019-02-17 15:05:00

Video