×
A
A
A
Sazlamalar

Dilan Şmidt: Azərbaycanda gimnastika yarışları həmişə möhtəşəmliyi ilə fərqlənir

Bakı, 17 fevral, AZƏRTAC
Azərbaycan idman yarışlarına yüksək səviyyədə ev sahibliyi edir. Ölkənizdə gimnastika yarışları da həmişə möhtəşəmliyi ilə fərqlənir.
Bu sözləri AZƏRTAC-a məxsusi müsahibəsində Bakıda keçirilən batut gimnastikası və tamblinq üzrə Dünya Kuboku yarışlarının Yeni Zelandiyadan olan iştirakçısı Dilan Şmidt deyib.
Turnirin təşkil olunduğu Milli Gimnastika Arenasının beynəlxalq standartlara tam cavab verdiyini söyləyən D.Şmidt bildirib ki, çıxışı zamanı azarkeşlərin hərarətli alqışları onu daha da həvəsləndirir: “Bakı auditoriyası çox dinamik və gözəldir. Ölkənizdə çıxış edərkən yadlıq hiss etmirəm. Azarkeşlər çox mehriban və qonaqpərvərdirlər”.

İdman 2019-02-17 14:56:00