×
A
A
A
Sazlamalar

Dünya Kuboku yarışlarında kişi və qadın batutçuların fərdi proqram üzrə qalibləri mükafatlandırılıb

Bakı, 17 fevral, AZƏRTAC

Belarus idmançısı Vladislav Xançarov Bakıda keçirilən batut gimnastikası və tamblinq üzrə Dünya Kuboku yarışlarının qızıl medalına sahib olub.
AZƏRTAC xəbər verir ki, Belarus təmsilçisi kişi batutçular arasında fərdi proqram üzrə yarışlarda 61,590 xalla bütün rəqiblərini qabaqlayıb. Çin idmançısı Donq Donq 60,320 xalla gümüş, yaponiyalı Daiki Kişi 59,365 xalla bürünc medal qazanıb.
Qadın və kişi batutçuların fərdi proqram üzrə yarışları başa çatdıqdan sonra mükafatlandırma mərasimi olub.

İdman 2019-02-17 13:40:00