×
A
A
A
Sazlamalar

Batut gimnastikası və tamblinq üzrə Dünya Kuboku yarışlarının ilk qalibi müəyyənləşib

Bakı, 17 fevral, AZƏRTAC
Bakıda keçirilən batut gimnastikası və tamblinq üzrə Dünya Kuboku yarışlarının ilk qalibi müəyyənləşib.
AZƏRTAC xəbər verir ki, qadın batutçular arasında fərdi proqram üzrə yarışlarda Çin idmançısı Linqlinq Liu 57,050 xalla dünya kuboku yarışlarının qalibi olub. Kanadalı dünya çempionu Rosannaq Maklenan 56,245 xalla yarışı ikinci, Yaponiya gimnastı Çisato Doihata isə 55,800 xalla üçüncü pillədə başa vurublar.
Hazırda kişi batutçular arasında fərdi proqram üzrə final yarışları keçirilir.

İdman 2019-02-17 13:30:00