×
A
A
A
Sazlamalar

İstanbulun mərkəzində yanğın baş verib

İstanbul, 17 fevral, AZƏRTAC

Türkiyənin İstanbul şəhərinin Fatih rayonunda üçmərtəbəli binada yanğın baş verib.
AZƏRTAC xəbər verir ki, məlum olmayan səbəblərdən baş vermiş hadisə yerinə yanğınsöndürənlər və təcili yardım əməkdaşları cəlb olunub. Xəsarət alanlar barəsində məlumat verilmir.
Hadisə ilə bağlı araşdırma aparılır.
Günel Məlikova
AZƏRTAC-ın xüsusi müxbiri
İstanbul

Dünya 2019-02-17 09:55:00