×
A
A
A
Sazlamalar

Roma Papası uşaqlardan əsgər kimi istifadə edilməsinə son qoymağa çağırıb

Roma, 17 fevral, AZƏRTAC

Roma Papası Fransisk hərbi münaqişələr zamanı uşaqlardan əsgər kimi istifadə edilməsinə son qoymağa çağırıb. O, bunu mənfur cinayət adlandırıb.
AZƏRTAC xəbər verir ki, Roma Papası bu müraciəti BMT-nin hər il qeyd etdiyi uşaq əsgərlərdən istifadəyə qarşı beynəlxalq mübarizə günü münasibətilə edib. O, uşaqların əsgər kimi istifadə olunmasını kəskin şəkildə pisləyib.

 

Asiman Əsədov
AZƏRTAC-ın xüsusi müxbiri
Roma

Dünya 2019-02-17 04:35:00