×
A
A
A
Sazlamalar

Gürcüstan Daxili İşlər Nazirliyinin Xidmət Agentliyi yerli və xarici vətəndaşlara xəbərdarlıq edib

Tbilisi, 17 fevral, AZƏRTAC

Gürcüstan Daxili İşlər Nazirliyinin Rustavi şəhərindəki Mərkəzi Xidmət Agentliyi fevralın 17-də avtonəqliyyat vasitələrinin gömrük qeydiyyatını və digər prosedurları həyata keçirə bilməyəcək. AZƏRTAC xəbər verir ki, bununla əlaqədar agentlik yerli və xarici vətəndaşlara müraciət edib.
Agentliyin məlumatında deyilir ki, Gürcüstan Ədliyyə Nazirliyinin Dövlət Qeydiyyatı Bürosunda iş fəaliyyətinin proqram təchizatı bazası yeni, müasir elektron xidmət sisteminə (serverə) keçir. Fevralın 17-də Ədliyyə Nazirliyinin müvafiq bürosu bağlı olacaq. Bu səbəbdən müvafiq göstəricilərə və məlumat bazasına giriş və müəyyən işləri həyata keçirmək qısa müddətdə mümkün olmayacaq. Xidmət Agentliyinin bütün filiallarında iş rejimi fevralın 18-də bərpa olunacaq.

 

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi

Dünya 2019-02-17 02:50:00