×
A
A
A
Sazlamalar

Sevdiyim nağıl qəhrəmanları...

Bakı, 16 fevral, AZƏRTAC

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Sabunçu rayon Mərkəzi Kitabxana Sisteminin 2 saylı filialı 7 saylı bağçanın uşaqları ilə birlikdə “Sevdiyim nağıl qəhrəmanları” adlı tədbir keçirib.
Baş İdarədən AZƏRTAC-a bildirilib ki, əvvəlcə uşaqlara xalq nağıllarımız barədə məlumat verilib, Cırtdan, Göyçək Fatma, Tıq-tıq xanım, Məlikməmməd, Siçan bəy, Təpəgöz kimi nağıl qəhrəmanlarından söhbət açılıb.
Sonra maraqlı nağıllar oxunub, uşaqların sualları cavablandırılıb. “Böyüyəndə hansı nağıl qəhrəmanına oxşamaq istərdiniz” sualına uşaqlar maraqlı cavablar veriblər.
Bildirilib ki, nağılların sonunda qəhrəmanlar bütün güclərini birləşdirərək çətin bir işin öhdəsindən gəlməyi bacarırlar. Bu da azyaşlılara hər zaman bir-birilərinə həmrəy olmaq hissini təbliğ edir, eyni zamanda, uşaqlarda kitaba maraq oyadır.

 

 

Mədəniyyət 2019-02-16 14:43:00