×
A
A
A
Sazlamalar

Devid Maykl Satterfild ABŞ-ın Türkiyədəki yeni səfiri ola bilər

Bakı, 16 fevral, AZƏRTAC
ABŞ Prezidenti Donald Tramp Türkiyəyə yeni səfir namizədinin adını açıqlayıb.
AZƏRTAC Anadolu agentliyinə istinadla xəbər verir ki, Ağ Evdən verilən açıqlamada ABŞ Prezidentinin bu vəzifə üçün Devid Maykl Satterfildin namizədliyini dəstəklədiyi bildirilir.
D.M.Satterfild Xarici İşlər Nazirliyində Yaxın Şərq məsələləri üzrə məsləhətçidir.

Dünya 2019-02-16 12:56:00