×
A
A
A
Sazlamalar

Nəsimi rayonundakı mağazadan oğurluğa cəhd göstərən dörd yeniyetmə saxlanılıb

Bakı, 16 fevral, AZƏRTAC 

Fevralın 16-da saat 1 radələrində Nəsimi rayonunun C.Məmmədquluzadə küçəsindəki mağazaların birindən rayon mühafizə idarəsinə “Həyəcan” siqnalı daxil olub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, dərhal hadisə yerinə gəlmiş polis əməkdaşları oğurluğa cəhd göstərən dörd yeniyetməni saxlayıblar. Həmin yeniyetmələr 20-ci polis bölməsinə təhvil veriliblər.
Faktla bağlı araşdırma aparılır.

Hadisə 2019-02-16 12:05:00