Brüsselin ardınca Berlin də ayağa qalxıb
Berlin, 16 fevral, AZƏRTAC
Almaniyanın paytaxtında ictimai nəqliyyat işçilərinin son yeddi ildə ilk iri tətili başlanıb.
AZƏRTAC xəbər verir ki, şəhərdə tramvaylar və metro qatarları hərəkət etmir. Avtobus reyslərinin əksəriyyəti ləğv edilib. “Verdi” həmkarlar ittifaqında bildiriblər: “Tətil plan üzrə gedir”.
Əməkhaqqının artırılması və iş şəraitinin dəyişdirilməsi barədə danışıqlar fonunda “Verdi” Həmkarlar İttifaqı işəgötürənə təzyiq göstərməyə çalışır. “Verdi” çalışır ki, 14 min əməkdaşın hər biri üçün 36,5 saatlıq iş həftəsi tətbiq edilsin (hazırda işçilərin yarısı üçün 39 saatlıq iş həftəsi tətbiq edilir), işə yeni qəbul edilənlərə də Milad bayramı münasibətilə mükafatlar ödənilsin, əməkhaqqı daha tez-tez artırılsın, həmkarlar ittifaqının üzvlərinin hər birinə 500 avro məbləğində birdəfəlik ödəniş olsun.
Tətil yüz minlərlə sərnişinə, o cümlədən 69-cu Beynəlxalq Berlinale kinofestivalına gələnlərə də təsir edib.
Vüqar Seyidov
AZƏRTAC –ın xüsusi müxbiri
Berlin
Hakan Fidan: Dünyanın ən böyük problemi beynəlxalq sistemin ikiüzlülüyüdür
WP: ABŞ Ukraynaya hərbi yardım paketini Konqresin təsdiqindən dərhal sonra çatdıra bilər
“GPT-4” neyroşəbəkəsi oftalmoloq həkimlərin səviyyəsinə çatıb
“Emirates” aviakompaniyası müntəzəm uçuş cədvəlini bərpa edib
Paşinyan: Azərbaycanla sərhədin delimitasiyasından sonra Rusiya sərhədçiləri Tavuşdan çıxacaq