×
A
A
A
Sazlamalar

Milli Kitabxanada “Asif Rüstəmli - 65” adlı kitab sərgisi açılıb

Bakı, 16 fevral, AZƏRTAC
M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasında görkəmli Azərbaycan ədəbiyyatşünası, filologiya elmləri doktoru, professor Asif Rüstəmlinin anadan olmasının 65 illiyi münasibətilə “Asif Rüstəmli-65” adlı kitab sərgisi açılıb.
Kitabxanadan AZƏRTAC-a bildirilib ki, sərgidə alimin Asif Rüstəmlinin müəllifi olduğu kitab və monoqrafiyalar, ön söz yazdığı, redaktoru olduğu kitablar və dövri mətbuat materialları nümayiş olunur. Sərgi bir həftə davam edəcək.

Mədəniyyət 2019-02-16 11:24:00