×
A
A
A
Sazlamalar

Çində yaşayış binası uçub

Bakı, 16 fevral, AZƏRTAC

Çinin şərqində yerləşən Fuçjou şəhərində yaşayış binasının uçması nəticəsində 10 nəfər dağıntılar altında qalıb.
AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, bu barədə Çin mətbuatı məlumat yayıb.
Hadisə yerli vaxtla saat 05:50-də baş verib. Hadisə yerində xilasedicilər işləyir, indiyədək yeddi nəfəri dağıntılar altından çıxarmaq mümkün olub. Xəsarət alanların hamısı yaxınlıqdakı xəstəxanaya göndərilib.
Polis hadisənin səbəblərini araşdırır.

 

Dünya 2019-02-16 08:07:00