×
A
A
A
Sazlamalar

Türkiyə həbsxanasında güclü yanğın olub

Ankara, 16 fevral, AZƏRTAC

Türkiyənin Metris şəhərində yerləşən həbsxananın bir korpusunda yanğın baş verib. Hadisə ilə bağlı əraziyə yanğınsöndürən və təcili tibbi yardım briqadası cəlb olunub. Yanğın çevik müdaxilə ilə söndürülüb.
AZƏRTAC xəbər verir ki, yanğın nəticəsində tüstüdən bir neçə məhkumun və həbi qulluqçunun vəziyyəti pisləşib. Narahatlıq keçirənlər  yaxın ərazilərdəki xəstəxanalara çatdırılıblar. Bildirilir ki, yanğın FETÖ və PKK terror təşkilatları ilə əlaqədə və narkotik ticarətinə görə ittiham olunaraq cəza çəkən məhkumların saxlanıldığı barakda baş verib. Hadisə ilə bağlı cinayət işi açılıb.


Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara

Dünya 2019-02-16 02:37:00