×
A
A
A
Sazlamalar

Özbəkistanla Əfqanıstan arasında bütün iqtisadi əlaqələr müzakirə olunub

Daşkənd, 16 fevral, АZƏRTAC
Özbəkistanın xarici işlər naziri Əbdüləziz Kamilov 55-ci Münxen konfransında Əfqanıstan Prezidenti Məhəmməd Əşrəf Qəni ilə görüşüb.
AZƏRTAC Özbəkistan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinə istinadla xəbər verir ki, görüşdə Əfqanıstanda sülhün və sabitliyin bərpa edilməsi istiqamətində siyasi dialoqun davam etdirilməsi məsələləri geniş müzakirə edilib.
Məhəmməd Əşrəf Qəni Əfqanıstanda sülhün bərqərar olması istiqamətində Özbəkistanın səylərini yüksək qiymətləndirib.
Tərəflər Əfqanıstanın sosial-iqtisadi inkişafı, Özbəkistanla transəfqan tranzit dəhlizinin yaradılması üçün zəruri olan birgə nəqliyyat, energetika və digər sahələrdə layihələrin həyata keçirilməsi, habelə regional iqtisadi əlaqələrin möhkəmləndirilməsi məsələlərini də müzakirə ediblər.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Daşkənd

Dünya 2019-02-16 04:25:00