×
A
A
A
Sazlamalar

David Zalkaliani: NATO-nun Qara dənizdə fəallaşması regionda təhlükəsizliyə xidmət edir

Tbilisi, 16 fevral, AZƏRTAC

Gürcüstan NATO-nun Qara dənizdə fəallaşmasını həvəslə dəstəkləyir. Hesab edirik ki, Qara dənizdə sabitlik olmasa, Avropa sabitlik olmayacaq.
AZƏRTAC xəbər verir ki, bu sözləri Gürcüstanın xarici işlər naziri David Zalkaliani 55-ci Münhen konfransında “NATO və Qara dənizdə təhlükəsizlik” mövzusunda çıxışı zamanı söyləyib.
D.Zalkaliani deyib: “NATO-nun Qara dənizdə fəallaşması regionda sülhə və sabitliyə kömək edəcək. Bunun üçün alyansa region ölkələri ilə güclü və etibarlı tərəfdaşlıq lazımdır”.
Onun sözlərinə görə, Gürcüstan regionda təhlükəsizliyin möhkəmlənməsi üçün tərəfdaşları ilə fəal iş apararaq, bu istiqamətdə əhəmiyyətli tərəqqiyə nail olub.
Qeyd edək ki, konfransda Gürcüstanın nümayəndə heyətinə baş nazir Mamuka Baxtadze rəhbərlik edir.

 

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi

Dünya 2019-02-16 01:04:00