×
A
A
A
Sazlamalar

Məşhur “Anadolu Atəşi” rəqs qrupu dünya turuna başlayır

Bakı, 15 fevral, AZƏRTAC

Türkiyənin məşhur rəqs – şou qrupu “Anadolu Atəşi” bu ilin dünya turuna fevralın 28-də İstanbuldan başlayacaq.
AZƏRTAC Anadolu agentliyinə istinadla xəbər verir ki, dünya turuna “İstanbul dreams” adlı tamaşanın nümayişi ilə başlayacaq qrupun bu gün 50 milyon tamaşaçısı var. Qrupun bədii rəhbəri Mustafa Ərdoğan deyib ki, dünyanın 100-dən çox ölkəsində çıxış edən qrup 2025-ci ildə tamaşaçılarının sayını 100 milyona çatdırmağı qarşıya məqsəd qoyub.
Qeyd edək ki, “Anadolu Atəşi” ötən il sentyabrın 15-də Bakıda Heydər Əliyev Sarayında çıxış edib.

Mədəniyyət 2019-02-15 22:47:00