×
A
A
A
Sazlamalar

Gürcüstan Prezidenti Almaniya Kansleri ilə görüşdə Cənubi Qafqazdakı vəziyyəti müzakirə edəcək

Tbilisi, 15 fevral, AZƏRTAC

Gürcüstan Prezidenti Salome Zurabişvili fevralın 20-də Almaniyaya səfər edəcək.
AZƏRTAC xəbər verir ki, onun Almaniyanın Kansleri Angela Merkel ilə görüşündə Gürcüstan-Avropa İttifaqı münasibətləri, ölkənin NATO-ya inteqrasiyası ilə yanaşı, Cənubi Qafqaz regionundakı vəziyyət, irimiqyaslı enerji və nəqliyyat layihələrinin inkişaf perspektivlərinə dair məsələlərlə bağlı müzakirələr aparılacaq.
Qeyd edək ki, Gürcüstan dövlətinin başçısı Almaniyadan əvvəl Fransada səfərdə olacaq.

Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi

Dünya 2019-02-15 19:16:00