×
A
A
A
Sazlamalar

Misirin təhlükəsizlik qüvvələri Gizədə məscidin yanında qoyulmuş əldəqayırma bombanı zərərsizləşdiriblər

Qahirə, 15 fevral, AZƏRTAC

Misirin təhlükəsizlik qüvvələri Qahirə şəhərinin ətrafında - Gizənin meydanındakı “Əl-İstikam” məscidinin yanında qoyulmuş əldəqayırma partladıcı qurğunu zərərsizləşdiriblər.
AZƏRTAC xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyindəki rəsmi mənbə məlumat verib. Mənbənin sözlərinə görə, “Müsəlman qardaşları” təşkilatına mənsub terrorçu ünsürlər təhlükəsizlik qüvvələrinə qarşı planladıqları terror aktını həyata keçirməyə cəhd ediblər.
Bildirilir ki, partladıcı qurğunun zərərsizləşdirilməsi zamanı xəsarət alan olmayıb.


Asya Hacızadə
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə

Dünya 2019-02-15 19:10:00