×
A
A
A
Sazlamalar

İsmayıllı sakinlərindən qanunsuz saxlanılan silahlar götürülüb

Bakı, 15 fevral, AZƏRTAC

İsmayıllı Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində rayonun Göytəpə kənd sakini Ədalət Mustafayevdən müvafiq sənədləri olmayan “TOZ 63” markalı qoşalüləli ov tüfəngi götürülüb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan AZƏRTAC-a bildiriblər ki, Qəbələ Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən isə rayonun Nic qəsəbə sakini Jora Muradaridən qanunsuz saxladığı “TOZ” markalı təklülə tüfəng aşkarlanıb.
Faktlarla bağlı araşdırma aparılır.

Hadisə 2019-02-15 19:00:00