×
A
A
A
Sazlamalar

“Xocalı soyqırımı” kitabı Ukrayna dilinə tərcümə olunub

Kiyev, 15 fevral, AZƏRTAC

Yazıçı publisist, Azərbaycan Yazıçılar Birliyinin üzvü Əlibala Məhərrəmzadənin “Xocalı soyqırımı” kitabı Ukrayna dilinə tərcümə olunub.
AZƏRTAC xəbər verir ki, müəllif kitabda ermənilərin son iki əsrdə ölkəmizə və xalqımıza qarşı həyata keçirdikləri işğalçılıq və soyqırımı siyasətini tarixi faktlarla geniş oxucu auditoriyasına təqdim edib.
1992-ci il fevral ayının 26-da erməni silahli birləşmələrinin Xocalı şəhərində uşaqlara, qadınlara, qocalara və dinc əhaliyə qarşı həyata keçirdikləri vəhşiliklər, kütləvi qətliamlar kitabda geniş əksini tapıb. Ukraynanın Azərbaycandakı Ticarət Evinin dəstəyi ilə dərc olunan kitabın Kiyev, Lvov, Xarkov, Dnepr və digər şəhərlərdə təqdimat mərasimləri keçiriləcək. Kitabın tərcüməçisi Mehman Salmanovdur.

Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev

Qan yaddaşı 2019-02-15 18:15:00