×
A
A
A
Sazlamalar

Qətərli və livanlı jurnalistlər Mətbuat Şurasında olublar

Bakı, 15 fevral, AZƏRTAC 

Fevralın 15-də Azərbaycan Mətbuat Şurasında Qətərdən və Livandan olan bir qrup jurnalistlə görüş keçirilib.
Şuradan AZƏRTAC-a bildiriblər ki, görüşdə Azərbaycan mediası ilə dünya mediası arasındakı əməkdaşlığın formaları, ölkəmizlə bağlı həqiqətlərin xaricdə təbliği məsələləri, həmçinin söz və ifadə azadlığı müstəvisində nəzərəçarpan meyillər ətrafında müzakirələr aparılıb.
Mətbuat Şurasının sədri, Milli Məclisin deputatı Əflatun Amaşov qonaqlara rəhbərlik etdiyi qurumun fəaliyyət istiqamətləri, xarici əlaqələri, bu baxımdan ərəb ölkələrinin, ümumilikdə müsəlman dünyasının media qurumları ilə əlaqələri barədə məlumat verib.
Qeyd edək ki, ərəb ölkələrindən olan bir qrup jurnalist fevralın 10-dan 16-dək ölkəmizdə səfərdədirlər. Onlar bir sıra KİV-lərdə görüşlər keçirib, həmçinin ölkəmizin tarixi yerləri ilə tanış olublar.

Cəmiyyət 2019-02-15 18:02:00