×
A
A
A
Sazlamalar

SOCAR dənizdə boğulan işçi barədə məlumat yayıb

Bakı, 15 fevral, AZƏRTAC

SOCAR dənizdə boğulan işçi barədə məlumat yayıb.
Şirkətdən AZƏRTAC-a bildirilib ki, fevralın 15-də “MPK-460” gəmisi “28 May” neft və qazçıxarma idarəsinin (NQÇİ) 19 nömrəli dərin dəniz özülündən yük qəbul edərkən 4-cü dərəcəli takelajçı Hüseynov Ağazaman Əlqardaş oğlu gəminin yırğalanması nəticəsində müvazinətini itirərək dənizə düşüb. Suya atılan xilasetmə dairələrini tuta bilməyən A.Hüseynov “Nefteqaz-62” gəmisindən endirilmiş qayıq vasitəsilə sudan çıxarılıb. Gəmidəki heyət tərəfindən A.Hüseynova ilkin tibbi yardım göstərilməsinə baxmayaraq, onun öldüyü məlum olub. Hadisə ilə bağlı araşdırma aparılır. Azərbaycan neftçiləri adından mərhumun ailəsinə başsağlığı verir, səbir diləyirik.

Hadisə 2019-02-15 17:51:00