×
A
A
A
Sazlamalar

Ukrayna sərhədçiləri ilin əvvəlindən İnterpol xətti ilə 138 cinayətkarı saxlayıblar

Kiyev, 15 fevral, AZƏRTAC

Ukrayna sərhədçiləri ilin əvvəlindən İnterpol xətti ilə axtarışda olan 138 cinayətkarı saxlayıb və 18 oğurlanmış avtomobili müəyyənləşdirib. AZƏRTAC xəbər verir ki, bu barədə Dövlət Sərhəd Xidmətinin mətbuat xidmətinə istinadən məlumat yayıb.
Bu müddətdə İnterpolla əməkdaşlıq nəticəsində Ukrayna sərhədçiləri 400-dən çox işin üstünü açıblar və 254 nəfər saxlanılıb. Bütün faktlar üzrə İnterpolun Milli Bürosu məlumatlandırılıb.

Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev 

Dünya 2019-02-15 17:01:00