×
A
A
A
Sazlamalar

Gürcüstan-Türkiyə sərhədində silah qaçaqmalçılığının qarşısı alınıb

Tbilisi, 15 fevral, AZƏRTAC

Gürcüstan Daxili İşlər Nazirliyi Acarıstan Muxtar Respublikasının ərazisində xeyli sayda silah-sursat ələ keçirib. Silah-sursatın Türkiyə ərazisində satışı nəzərdə tutulurmuş.
AZƏRTAC xəbər verir ki, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyi məlumat yayıb.
Məlumatda deyilir ki, sərhəd polisi Gürcüstan-Türkiyə “Sarpi” sərhəd-keçid məntəqəsində Gürcüstan vətəndaşının avtomobilinə baxış keçirib. Avtomobilin salonunun örtüyünün altından avtomat silah və 7 min ədəd güllə aşkar edilərək götürülüb.
Saxlanılan şəxs silah və sursatı Türkiyə ərazisində satmaq niyyətində olduğunu bildirib.
Faktla bağlı cinayət işi açılıb. Saxlanılan şəxsin cinayətkar qruplaşmalarının üzvü olub-olmadığı, onun başqa cinayətlərdə iştirakı və s. məsələlərlə bağlı araşdırmalar davam edir.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi

Dünya 2019-02-15 15:29:00