×
A
A
A
Sazlamalar

“Samsung” şirkəti yeni “Galaxy S10” modelini martın 8-də təqdim edəcək

Bakı, 15 fevral, AZƏRTAC

Koreya Respublikasının texnologiya nəhəngi olan “Samsung Electronics” şirkəti “Galaxy S10”, habelə “S10+” və “S10 Lite” smartfonlarını martın 8-də təqdim edəcək.
AZƏRTAC şirkətə istinadla xəbər verir ki, artıq fevralın 20-dən başlayaraq ABŞ-da onlayn qaydada qabaqcadan sifarişlərin qəbuluna başlanılacaq. Bildirilir ki, ekranın diaqonalı 5,8-6,4 düym aralığında olacaq yeni modellər 5G mobil şəbəkəsinə girişi dəstəkləyəcək. S10 modelinin ABŞ-da satış qiyməti 550 dollar dəyərində müəyyən olunub.
Şirkətin müştərilərinə təqdim edəcəyi yeniliklərdən biri də kabelsiz qulaqcıqlardır. Bu qulaqcıqlar həm də enerjini kabelsiz yığa biləcək.

Dünya 2019-02-15 15:15:00