×
A
A
A
Sazlamalar

Tezliklə “Instagram”ın veb-versiyasında “Direct” funksiyası əlçatan olacaq

Bakı, 15 fevral, AZƏRTAC

Məşhur sosial şəbəkənin istifadəçiləri xidmətin “Instagram”ın veb-versiyasında bir-biri ilə ünsiyyət saxlaya biləcək.
AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, tədqiqatçı Ceyn Mançini Vonqun məlumatına görə, tezliklə “Instagram”ın veb-versiyasında şəxsi mesajlara giriş imkanı əlçatan olacaq. Hazırda bu imkan hələ ki, sınaq rejimində işləyir.
“Instagram”ın mobil versiyasında mesajlaşmağa imkan verən “Direct” funksiyası 2017-ci ildə istifadəyə verilib.

 

 

Dünya 2019-02-15 15:01:00