×
A
A
A
Sazlamalar

İslamabadda “İpək yolunun dostları” təşəbbüsünə start verilib

Bakı, 15 fevral, AZƏRTAC

Pakistan-Çin İnstitutu (PCI) cəmiyyətlərin müxtəlif seqmentlərini bir araya gətirmək üçün fevralın 14-də İslamabadda keçirilən konfransda “İpək yolunun dostları” təşəbbüsünə start verib.
AZƏRTAC Pakistan KİV-lərinə istinadla xəbər verir ki, təşəbbüsün təqdimatı ilə bağlı keçirilən tədbirdə Pakistanın planlaşdırma, inkişaf və islahatlar üzrə federal naziri Məxdum Xosrov Bəxtiyar iki ölkə arasında həyata keçirilən Kəmər və Yol Təşəbbüsünün (BRI) və Çin-Pakistan İqtisadi Dəhlizinin (CPEC) əhəmiyyətini vurğulayıb. Nazir əlavə edib: “CPEC təkcə regional deyil, həm də transmilli layihədir. Beş il əvvəl enerji çatışmazlığı ilə üzləşən Pakistan indi bütün problemləri həll edib”. Onun sözlərinə görə, Baş nazir İmran Xanın Çinə səfərindən sonra 2019-cu il hər iki ölkədə sənaye sahəsində əməkdaşlıq ili elan edilib.
Təşəbbüsü Çin tərəfindən təmsil edən nümayəndə heyətinin rəhbəri Qao Yunlonq iki ölkənin əməkdaşlığı dostluq və qarışlıqlı etimad əsasında qurulur. Onun sözlərinə görə, CPEC dəhlizi təkcə Çin və Pakistanın deyil, həm də regionda yerləşən dövlətlərin mənafeyinə uyğundur. Çinin nümayəndəsi əlavə edib ki, artıq nəzərdə tutulan 22 layihədən 13-ü həyata keçirilib.

Dünya 2019-02-15 14:36:00