×
A
A
A
Sazlamalar

Nərimanov rayonunda narkotik vasitə daşımaqda şübhəli bilinən şəxslər saxlanılıb

Bakı, 15 fevral, AZƏRTAC

Nərimanov rayonunda üzərində narkotik vasitə daşımaqda şübhəli bilinən şəxslər - əvvəllər məhkum olunmuş Bakı şəhər sakini C.Seyidbəyov və Masallı rayon sakini M.Salayev rayon polis idarəsinin 18-ci polis şöbəsi əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində saxlanılıblar.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, polis əməkdaşları C.Seyidbəyovdan 10 qramdan artıq tiryək, M.Salayevdən isə 1 kiloqram 50 qram heroin aşkar ediblər.
Faktla bağlı araşdırma aparılır.

Hadisə 2019-02-15 14:04:00