×
A
A
A
Sazlamalar

BP: 2040-cı ilədək qlobal enerji tələbatı üçdəbir nisbətində artacaq

Bakı, 15 fevral, AZƏRTAC

Çin və Hindistanda həyat standartlarının yüksəlməsinin də təsiri ilə 2040-cı ilə qədər qlobal enerji tələbatının üçdəbir nisbətində artacağı gözlənilir.
AZƏRTAC xəbər verir ki, bu barədə BP-nin “Energy Outlook 2019” hesabatında deyilir.
Hesabata görə, istehlak edilən ümumi enerjinin 75 faizi sənaye və binalarda istifadə ediləcək. Nəqliyyatda istehlak olunan enerjinin payının isə resurslardan daha səmərəli istifadə nəticəsində əhəmiyyətli dərəcədə azalacağı nəzərdə tutulur.
Elektrik enerjisi istehsalının qlobal enerji artımında 75 faiz payı olacaq. 2040-cı ildə enerji tədarükündəki artımın 85 faizi bərpaolunan enerji və təbii qaz ehtiyatları tərəfindən təmin ediləcək.
2040-cı ildə qlobal elektrik enerjisi istehsalında bərpaolunan enerji mənbələrinin payının isə ən böyük olacağı gözlənilir.

Neft - qaz 2019-02-15 13:31:00