×
A
A
A
Sazlamalar

Neftçala rayonunda narkotik vasitə daşımaqda şübhəli bilinən şəxs yaxalanıb

Bakı, 15 fevral, AZƏRTAC

Neftçala rayonunda üzərində narkotik vasitə daşımaqda şübhəli bilinən Bankə qəsəbə sakini, əvvəllər məhkum olunmuş Y.Səmədov polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində saxlanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, həmin şəxsin üzərində axtarış aparılan zaman marixuana aşkarlanaraq götürülüb.
Polis əməkdaşları onun evində də narkotik vasitə saxladığını müəyyən ediblər. Onun qəsəbə ərazisindəki evindən əlavə olaraq 1,6 kiloqram marixuana da götürülüb.
Faktla bağlı araşdırma aparılır.

Hadisə 2019-02-15 12:51:00