×
A
A
A
Sazlamalar

Bank hesabından oğurluq edən şəxs saxlanılıb

Bakı, 15 fevral, AZƏRTAC

Daxili İşlər Nazirliyinin (DİN) 102- Zəng Mərkəzi Xidmətinə müraciət edən şəxs bank hesabından oğurluq edildiyini bildirib.
DİN-in mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, müraciətlə əlaqədar Binəqədi Rayon Polis İdarəsinin 4-cü polis şöbəsinin əməkdaşları tərəfindən dərhal müvafiq araşdırmalar aparılıb. M.Ə.Rəsulzadə qəsəbəsi ərazisindəki bankomatların birindən həmin şəxsin hesabındakı 600 manatın çıxarılaraq oğurlandığı müəyyən edilib.
Oğurluğu törətməkdə şübhəli bilinən Abşeron rayon sakini R.Qasımov keçirilmiş təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində qısa müddətdə müəyyən edilərək saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.

Hadisə 2019-02-15 12:28:00