Hindistanda polis kortejinə hücum nəticəsində həlak olanların sayı 45 nəfərə çatıb VİDEO
Bakı, 15 fevral, AZƏRTAC
Dünən Hindistanın Cammu və Kəşmir ştatında törədilən partlayış nəticəsində həlak olan polis əməkdaşlarının sayı 45 nəfərə çatıb.
AZƏRTAC xəbər verir ki, IANS informasiya agentliyi bu barədə yerli hakimiyyət orqanlarına istinadla məlumat yayıb.
Əldəqayırma partladıcı qurğu mərkəzi ehtiyat polisi əməkdaşlarını daşıyan avtomobil karvanı Pulvama dairəsində hərəkətdə olduğu zaman işə salınıb. Partlayışdan sonra hadisə yerində atışma səsləri eşidilib. Hücumun məsuliyyətini bölgədə fəaliyyət göstərən “Ceyş-ə-Məhəmməd” qruplaşması üzərinə götürüb.
Təhlükəsizlik qüvvələri nümayəndəsinin sözlərinə görə, hücuma məruz qalan avtobusdakı 44 polis əməkdaşının hamısı ölüb. Partlayış nəticəsində, həmçinin 38 nəfər yaralanıb. İnsident baş verən zaman kortejdə ümumilikdə 2500-ə yaxın polis əməkdaşını daşıyan 78 avtomobil olub.
Qeyd edək ki, “Ceyş-ə-Məhəmməd” Cammu və Kəşmir ştatında fəaliyyət göstərən ondan çox qruplaşmadan biridir. Onlar ştatın müstəqilliyi və qonşu Pakistana birləşməsi uğrunda mübarizə aparırlar.
Zaxarova: ABŞ-ın Ukrayna, İsrail və Tayvana yardımı böhranı daha da dərinləşdirəcək
Bayden: Ukraynaya yardım döyüş meydanında təcili ehtiyacların ödənilməsi üçün zəruridir
ABŞ Konqresi Ukraynaya 61 milyard dollarlıq yardıma dair qanun layihəsini qəbul edib
Yaponiyada 2 hərbi helikopterlə əlaqə kəsilib
Zelenski: Ukrayna ABŞ-la təhlükəsizlik zəmanəti üzrə razılaşmaya yaxınlaşır