×
A
A
A
Sazlamalar

Neft ticarəti ilə məşğul olan yapon şirkətlərinin gəlirlərinin azalacağı proqnozlaşdırılır

Tokio, 15 fevral, AZƏRTAC 

Yaponiyanın topdan neft ticarəti ilə məşğul olan şirkətləri xam neftin qiymətinin aşağı düşməsi fonunda gəlirlərinin azalacağını proqnozlaşdırırlar.
AZƏRTAC yerli KİV-lərə istinadla xəbər verir ki, “JXTG Holdings” neftin topdan ticarəti şirkəti martın sonlarınadək gəlirlərinin 30 faizədək azalacağını nəzərdə tutur.
“Idemitsu Kosan” şirkəti gəlirlərinin 57 faiz, “Cosmo Energy Holdings” 50 faiz, “Showa Shell Sekiyu” isə 75 faiz azalacağını bildirib.

Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio

Dünya 2019-02-15 11:41:00