×
A
A
A
Sazlamalar

Çexiyada merlərin 1537 nəfəri qadındır

Praqa, 15 fevral, AZƏRTAC
Çexiyada 6 mindən çox yaşayış məntəqəsindən 1537-nə qadınlar başçılıq edir. Beləliklə, onların payı 24 faiz təşkil edir. AZƏRTAC bu barədə məlumatı “Dnes” qəzetinə istinadla bildirir.
Amma bələdiyyə qanunvericiliyi məclislərinin üzvləri arasında qadınların payı 28 faizdən çoxdur. Çexiya qarar qəbul edilməsi prosesində qadınların payının aşağı olmasına və onların siyasətdə az sayda təmsil olunmasına görə uzun müddətdir ki, beynəlxalq təşkilatlar tərəfindən tənqid obyektinə çevrilib. Çexiya əhalisinin yarısından çoxu qadınlardır. Son illər ali məktəb məzunların arasında da zərif cinsin nümayəndələri üstünlük təşkil edir. Bununla belə, kişilərin qazancının orta hesabla beşdəbir hissəsi qədər onlardan az qazanırlar.

Pərvanə Qarayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Praqa

Dünya 2019-02-15 11:43:00