Səudiyyə Ərəbistanı kralı mülki işlər üzrə həbs olunan şəxsləri azadlığa buraxıb
Ər-Riyad, 15 fevral, AZƏRTAC
Səudiyyə Ərəbistanı kralı Salman bin Əbdüləziz Al Səud Ər-Riyadın inkişafı üçün bir sıra yeni layihələrə start verilməsi münasibətilə şəhərdə bütün borcunu ödəyə bilməyən və mülki işlər üzrə həbs edilmiş insanların azadlığa buraxılması barədə Sərəncam imzalayıb.
AZƏRTAC SPA dövlət informasiya agentliyinə istinadla xəbər verir ki, Sərəncama əsasən, ödənilməli borcun məbləği 1 milyon Səudiyyə rialından artıq olmamalı və borclu şəxsin borcu ödəmək imkanı olmaması rəsmən təsdiqlənməlidir.
Qeyd etmək lazımdır ki, Səudiyyə Ərəbistanı kralı paytaxt Ər-Riyadın inkişafı üçün 82 milyard rial (təxminən 22 milyard dollar) dəyərində 1281 layihəyə start verib.
Asya Hacızadə
AZƏRTAC-ın xüsusi müxbiri
Ər-Riyad
Zaxarova: ABŞ-ın Ukrayna, İsrail və Tayvana yardımı böhranı daha da dərinləşdirəcək
Bayden: Ukraynaya yardım döyüş meydanında təcili ehtiyacların ödənilməsi üçün zəruridir
ABŞ Konqresi Ukraynaya 61 milyard dollarlıq yardıma dair qanun layihəsini qəbul edib
Yaponiyada 2 hərbi helikopterlə əlaqə kəsilib
Zelenski: Ukrayna ABŞ-la təhlükəsizlik zəmanəti üzrə razılaşmaya yaxınlaşır