×
A
A
A
Sazlamalar

Bakının metallurgiya sənayesində 422,8 milyon manatlıq məhsul istehsal edilib

Bakı, 14 fevral, AZƏRTAC
Keçən il Bakı şəhəri üzrə metallurgiya sənayesi və hazır metal məmulatlarının istehsalı sahələrində 422,8 milyon manatlıq məhsul istehsal olunub.
AZƏRTAC Bakı Şəhər Statistika İdarəsinin yaydığı hesabata istinadla xəbər verir ki, əvvəlki illə müqayisədə metallurgiya sənayesində 22,1 faiz artım, hazır metal məmulatlarının istehsalı sahəsində 35,1 faiz azalma müşahidə edilib.
Əvvəlki ilə nisbətən sahə üzrə alüminium çubuqlar, millər və profillər 10,1 faiz, armaturun istehsalı 24,4 faiz artıb, misdən elektrik izolyasiyası olmayan çoxdamarlı məftil, tros və kabellərin istehsalı 36 faiz, qara metallardan digər konstruksiyaların istehsalı isə 70,6 faiz azalıb.

Tikinti̇ 2019-02-14 20:13:00