×
A
A
A
Sazlamalar

Qazaxıstanda terrorizmi təbliğ edən şəxslər saxlanılıb

Astana, 14 fevral, AZƏRTAC

Qazaxıstanın Türküstan vilayətində terrorizmin təbliğində şübhəli bilinənlər saxlanılıb.
AZƏRTAC xəbər verir ki, Qazaxıstan Dövlət Təhlükəsizlik Xidmətinin əməkdaşlarının keçirdiyi xüsusi əməliyyat nəticəsində Türküstan vilayətinin dörd sakini saxlanılıb. Onlar terrorizmin təbliği ilə yanaşı, dini ədavətin başlanmasında da şübhəli bilinirlər. Şübhəlilərin yaşadıqları mənzildən destruktiv məzmunlu dini ədəbiyyat, elektron daşıyıcılar aşkarlanaraq götürülüb.
Araşdırma davam etdirilir.

İlahə Əhmədova
AZƏRTAC-ın xüsusi müxbiri
Astana

Dünya 2019-02-14 19:52:00