×
A
A
A
Sazlamalar

“Google” öz axtarış sistemi üçün “Apple” şirkətinə 9,5 milyard dollar ödəyib

Bakı, 14 fevral, AZƏRTAC

Ötən il “Google” öz axtarış sisteminin “iOS” sisteminin idarəetməsi altında işləyən qurğularda başlanğıc ayar kimi istifadəsinə görə “Apple” şirkətinə təxminən 9,5 milyard dollar ödəniş edib. Bu, “Apple”ın bütün xidmət gəlirinin 20 faizi deməkdir.
AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, bundan əvvəl “Android” sistemində “Java” proqramlaşdırma kodundan istifadəyə görə “Oracle” şirkəti ilə təhqiqat çərçivəsində məhkəmə sənədlərindən 2014-cü ildə “Google” şirkətinin “Apple Safari” brauzerinin mobil versiyasında axtarış sisteminin başlanğıc ayar kimi istifadəsinə görə 1 milyard dollar ödəniş etdiyi məlum olub. 2017-ci ildə “Bernstein”in analitiki Toni Sakkonaqi bu məbləğin 3 milyard dollar olması haqqında məlumat verib.

Dünya 2019-02-14 18:53:00