×
A
A
A
Sazlamalar

Yol-nəqliyyat hadisəsinə görə şahzadə Filippə qarşı ittiham irəli sürülməyəcək

Bakı, 14 fevral, AZƏRTAC

Britaniya prokurorluğu yol-nəqliyyat hadisəsinə görə Böyük Britaniya və Şimali İrlandiya Kraliçası II Elizabetin həyat yoldaşı şahzadə Filippə qarşı ittiham irəli sürülməyəcək.
AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, prokurorlar məsuliyyət dərəcəsi, sürücünün yaşı və sürücülük vəsiqəsini qaytarması faktı da daxil olmaqla, hadisənin materiallarını araşdıraraq məhkəmənin ictimai maraqlara cavab verməyəcəyi qənaətinə gəliblər.
Prokurorluğun bəyanatında deyilir ki, əgər hadisədə yeni təfərrüatlar meydana çıxsa, qərar dəyişdirilə bilər.
Yanvarın 17-də 97 yaşlı şahzadə Filippin idarə etdiyi avtomobil Sandrinqem kral malikanəsi yaxınlığında digər avtomobillə toqquşub. Şahzadənin maşını aşsa da, onun özü xəsarət almayıb. Digər avtomobilin sürücüsü və sərnişini isə yüngül yaralanıb.
Fevralın 10-da Bukingem sarayı şahzadə Filippin sürücülük vəsiqəsini geri qaytarmaq qərarına gəldiyini bildirib.

Dünya 2019-02-14 18:13:00