×
A
A
A
Sazlamalar

Çexiyada islam alimi bəraət alıb

Praqa, 14 fevral, AZƏRTAC

Praqanın müsəlman icmasının sabiq rəhbəri və ərəbşünas Vladimir Sanka barəsində bəraət qərar qətidir. Xatırladaq ki, o, Bilal Filipsin bir çox Avropa ölkələrində qadağan edilmiş “Tövhidin əsasları – Tanrının islam konsepsiyası” kitabının tərcüməsi, nəşri və yayılması üzrə təqsirləndirilirdi.
AZƏRTAC xəbər verir ki, Çexiya Respublikasının Ali Məhkəməsi V.Sankanın üzərindən ittihamın götürülməsinə etiraz etməyə can atan ali dövlət prokuroru Pavel Zemanın iddia ərizəsini rədd edib. Vladimir Sanka ilk dəfə 2016-cı ildə Praqa-1 Rayon Məhkəməsində bəraət qazanıb. Daha sonra ikinci instansiya məhkəmələri işə yenidən baxıblar.
Ekspertlərin yekun rəyinə görə, nəşrdə radikal hərəkat təbliğ olunmur, mühafizəkar islamın dini istiqamətlərindən birinə yenidən nəzər salınır.


Pərvanə Qarayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Praqa

Dünya 2019-02-14 17:44:00