×
A
A
A
Sazlamalar

Türkiyə Prezidenti Şimali Makedoniyada həlak olanların ailələrinə başsağlığı verib

Bakı, 14 fevral, AZƏRTAC

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Şimali Makedoniyada avtobus qəzasında həlak olanların ailələrinə başsağlığı verib.
AZƏRTAC Anadolu agentliyinə istinadla xəbər verir ki, Türkiyə Prezidentinin başsağlığı məktubunda deyilir: “Şimali Makedoniyada yol-nəqliyyat qəzası nəticəsində 13 nəfərin həlak olması və 30 adamın yaralanması xəbəri məni dərindən kədərləndirdi. Həyatını itirənlərin ailələrinə dərin hüznlə başsağlığı verir, yaralananların tezliklə şəfa tapmasını arzulayıram. Qardaş Şimali Makedoniya xalqına başsağlığı verirəm”.
Türkiyə Xarici İşlər Nazirliyi də Şimali Makedoniyanın paytaxtı Skopye yaxınlığındakı Tetovo qəsəbəsində baş vermiş qəzada həlak olanların ailələrinə başsağlığı bəyanatı yayıb.

Dünya 2019-02-14 17:27:00