×
A
A
A
Sazlamalar

Hindistanda partlayış nəticəsində ölən polislərin sayı 18 nəfərə çatıb

Bakı, 14 fevral, AZƏRTAC

Hindistanın Cammu və Kəşmir ştatında əldəqayırma bombanın partladılması nəticəsində həlak olan mərkəzi ehtiyat polisi əməkdaşlarının sayı 18 nəfərə çatıb.
AZƏRTAC NDTV telekanalına istinadla xəbər verir ki, terror aktı zamanı yaralanmış 13 nəfər çox ağır vəziyyətdədir və onlar Srinaqar şəhərindəki hərbi hospitala yerləşdirilib.
Xatırladaq ki, partlayıcı qurğu Pulvama dairəsində hərəkətdə olan polis avtomobilinin yaxınlığında işə salınıb. Partlayışdan sonra hadisə yerində atışma səslərinin eşidildiyi bildirilir.
Hadisənin məsuliyyətini bölgədə fəaliyyət göstərən “Ceyş-ə-Məhəmməd” qruplaşması öz üzərinə götürüb. “Ceyş-ə-Məhəmməd” (Məhəmməd Peyğəmbərin Ordusu) Cammu və Kəşmir ştatında fəaliyyət göstərən onlarca separatçı qruplaşmadan biridir. Onlar ştatın müstəqilliyi və qonşu Pakistana birləşməsi uğrunda mübarizə aparırlar.

Dünya 2019-02-14 17:26:00