×
A
A
A
Sazlamalar

Bakıda əmtəəlik təbii qaz hasilatı artıb

Bakı, 14 fevral, AZƏRTAC 

Ötən il paytaxtda əmtəəlik qaz hasilatı 5,9 faiz artıb, neft istehsalı isə əvvəlki ilin səviyyəsində qalıb.
AZƏRTAC Bakı Şəhər Statistika İdarəsinin yaydığı hesabata istinadla xəbər verir ki, sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar tərəfindən 2018-ci ildə 41,6 milyard manatlıq və ya əvvəlki illə müqayisədə 0,7 faiz çox sənaye məhsulu istehsal edilib.
Sənaye məhsulunun 82,5 faizi mədənçıxarma sektorunda, 15,6 faizi emal sektorunda, 1,4 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda, 0,5 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal olunub.

Neft - qaz 2019-02-14 17:09:00