×
A
A
A
Sazlamalar

Səudiyyə Ərəbistanının ABŞ-a neft ixracı minimuma enib

Bakı, 14 fevral, AZƏRTAC

Səudiyyə Ərəbistanının ABŞ-a neft ixracı minimuma enib.
AZƏRTAC xəbər verir ki, bu barədə ABŞ-ın Enerji İnformasiya Administrasiyasının (EIA) məlumatında deyilir. Bildirilir ki, keçən həftə Səudiyyə Ərəbistanı Birləşmiş Ştatlara gündəlik 415 min barrel neft ixrac edib. Bu, Səudiyyə Ərəbistanının tarixində ABŞ-a ixracın ən aşağı göstəricisidir.

Dünya 2019-02-14 15:57:00