Erməni rejissor aclıq aksiyası keçirir
Bakı, 14 fevral, AZƏRTAC
Lentə almaq istədiyi film üçün maliyyə vasitə tapa bilməyən və məmurların süründürməçiliyindən əziyyət çəkən erməni rejissor Ovannes Qalstyan Yerevanın mərkəzində aclıq aksiyası keçirir. O bildirib ki, digər incəsənət xadimləri də onun aksiyasına qoşulacaq.
AZƏRTAC erməni KİV-lərə istinadla xəbər verir ki, aclıq aksiyasından əvvəl mətbuat konfransı keçirən rejissor yardım üçün vətəndaşlara müraciət edib. Onun sözlərinə görə, Bolqarıstan, Almaniya və Ermənistan birgə layihəsi olan filmin çəkilişləri üçün erməni məmurların ayıracağı 184 min dollar vəsaitin böyük bir hissəsi mənimsənilib. Hətta sabiq mədəniyyət naziri 2017-ci ildə ondan bu vəsaitin 10 min dollarını erməni nümayəndə heyətinin Kann festivalına getməsi üçün tələb edib. Qalstyan hökumətlərarası layihə çərçivəsində ayrılmalı olan pulun verilməyəcəyi təqdirdə beynəlxalq məhkəməyə müraciət edəcəyini də bildirib. O, həmçinin vəsait ayrılmayana qədər aclıq aksiyasını davam etdirəcəyini də bəyan edib.
Erməni rejissor ötən il dekabrın 3-də də aclıq aksiyası keçirib. O vaxt Ermənistan Mədəniyyət Nazirliyi komissiya yaradaraq problemin həll ediləcəyini bildirib. Lakin məmurlar Qalstyanı aldadıblar.
Xorvatiya parlamentinə seçkilərdə baş nazirin partiyası qalib gəlib
Çerniqova raket hücumu nəticəsində ölənlərin sayı 18 nəfərə çatıb
Ekvadorda enerji böhranı səbəbindən iki gün iş dayandırılıb
İsveçdə kriminal şəbəkənin üzvünə məxsus üzük hərracda satılıb