×
A
A
A
Sazlamalar

İspaniyada növbədənkənar parlament seçkiləri apreldə keçirilə bilər

Madrid, 14 fevral, AZƏRTAC
Büdcə haqqında qanun layihəsinin rədd edilməsindən sonra İspaniya parlamenti Pedro Sançesin hökumətindən növbədənkənar seçkilər keçirilməsini tələb edib.
AZƏRTAC xəbər verir ki, P.Sançesin hökumətini deputatların yalnız dörddəbiri dəstəkləyir. Kataloniyanın müstəqilliyi tərəfdarları ilə danışıqlardan sonra Baş nazir bir sıra regional və sağ təmayüllü partiyaların etimadından məhrum olub. Separatçılar da Kataloniyanın müstəqilliyinə dair referendumun təşkilinə görə həbs olunan siyasi liderlərin məhkəmə prosesini dayandırmadığı üçün Pedro Sançesi dəstəkləmirlər.
Danışıqların tərəfləri arasında fikir ayrılıqlarının qəribə vəhdəti səbəbindən uğradığı ağır və gözlənilməz məğlubiyyət Baş naziri yeni seçkilərə doğru aparır. Seçkilərin iki tarixdə - aprelin 14-də və ya 28-də keçirilməsi məsələsi müzakirə olunur.


Nigar Cəfərli
AZƏRTAC-ın xüsusi müxbiri
Madrid

Dünya 2019-02-14 14:54:00